Accessibility links

İranda müxalifətə basqılar şiddətlənir


Iran hökuməti müxalifətə qarşı təzyiqlərini gücləndirərək fəalları hədəf alır və etiraz nümayişlərinin təşkilatçılarına texnologiyadan istifadə etməmək barədə xəbərdarlıq verir. Tehranın polis rəisi Əhmədi Müqəddəm İranın İRNA xəbər agentliyinə bildirib ki, hökumət e-mail və mətn mesajlar vasitəsilə etitraz nümayişlərinin təşkilinə dözməyəcək. Onun sözlərinə görə bu növ hərəkətlər qeyri-qanunidir. Bu arada Fars xəbər şəbəkəsi bildirir ki, çərşənbə axşamı Qum şəhərində kəşfiyyat polisi mərhum ayətullah Hüseynəli Müntəzirinin yaxın müttəfiqi ruhani Məhəmməd Tağı Xalacini həbs edib. Xalacinin oglu Mehdi deyib ki, polis atasının həbs edilməsinin səbəblərini açıqlamayıb. İran mediası xəbər verir ki, hökumət ötən ay keçirilmiş nümayişlərlə əlaqəli 16 adamın həbsini planlaşdırır.
XS
SM
MD
LG