Accessibility links

İraq rəsmiləri terror şəbəkəsinin liderini yaxalayıb


İraq rəsmiləri Əl Qaida ilə əlaqəli və 2003-cü ildə Bağdadda BMT qərargahının bombalanmasında günahlandırılan qrupun liderinin yaxalandığını xəbər verir. Hərbi sözçü Əli əl Azzavinin həbsini bu günkü mətbuat konfransında elan edib. General Mayor Qasim əl Musəvi əl Azzavini İraq İslam Dövləti adlanan qrupun komandiri kimi təsvir edib və bildirib ki, bu adam BMT bombalanması daxil olmaqla bir çox hücumların arxasında dayanıb. 2003-cü ildəki terror aksiyası BMT-nin İraqdakı yüksək rütbəli elçisi Serjio Vieyra de Mello və 21 başqa adamın ölümünə bais olmuşdu.
XS
SM
MD
LG