Accessibility links

Əlibaba Qrup Yahoo-nu Çinlə bağlı ittihamlara görə tənqid etdi


Çindəki internet firması Əlibaba Qrup aparıcı səhmdarı olan ABŞ-da qərargahlanan Yahoo şirkətini internet nəhəngi Google-u Çinlə mübahisədə dəstəklədiyinə görə tənqid edib. Yahoo Google-un Çindəki şəbəkələrinə hücumla bağlı bu şirkətlə eyni mövqedən çıxış etdiyini bildirib. Əlibaba Qrupun sözçüsü Con Speliç Yahoo-nun bəyanatını əsassız adlandıraraq ittihamlara dair heç bir dəlilin olmadığını bildirib. Google bu həftənin əvvəlində elan etdi ki, çinli insan hüquq müdafiəçilərinin email hesablarına müdaxilə aşkar etdikdən sonra o, bir daha internet səhifəsindəki materiallara senzura tətbiq etməyəcək.
XS
SM
MD
LG