Accessibility links

Türkiyə və İsrail diplomatik insidentə baxmayaraq hərbi əlaqələri davam edtirəcək


türkiyə və İsrail bu yaxınlarda iki ölkə arasında münasibətlərdə gərginliyə səbəb olan diplomatik insidentə baxmayaraq streteji hərbi alyansı davam etdirmək haqda razılığa gəlib.

Türkiyənin Müdafiə naziri Vecdi Gönül və İsrailin Müdafiə naziri Ehud Barak hərbi əməkdaşlıq məsələsini bu gün Ankarada danışıqlar zamanı müzakirə ediblər.

Ehud Barak Türkiyənin regionda mühüm rolunu qeyd edərək, iki ölkənin münasibətlərdə baş verən məsələləri həll edəcəyinə ümid bəslədiyini bildirib.

Ehud Barak bundan öncə bu gün Ankarada Türkiyənin Xarici İşlər naziri Əhməd Davutoğlu ilə görüş keçirib.

Bu görüşlər İsrail hökumətinin türk televiziya proqramına etirazı ilə bağlı iki ölkə arasında bir həftədir sürən mübahisədən sonra baş verir.

Keçən həftə İsrailin Baş nazir müavini Denni Ayalon İsrail təhlükəsizlik qüvvələrinin uşaqları oğurlayıb, yaşlılara atəş açdığını göstərən mübahisəli proqrama görə Türkiyənin səfirini ictimaiyyət qarşısında tənbeh etmişdir.

Ehud Barakın səfəri insidentdən əvvəl təyin edilmişdir.

XS
SM
MD
LG