Accessibility links

Məşhəddə bomba partlayışı baş verib


İran mətbuatının verdiyi məlumata görə, ölkənin şimal-şərqində bomba parlayışı zamanı yalnız intiharçı olduğundan şübhəli şəxs ölüb. Hadisə Məşhəddə vilayətin qubernatorunun ofisi yaxınlığında baş verib.

Məlumatlarda gənc bir şəxsin polis ona yaxınlaşan zamanı partlayıcıları işə saldığı və bunun nəticəsində ağır yaralandığı xəbər verilir. Onun sonradan xəstəxanada öldüyü bildirilir. Partlayış nəticəsində xəsarət alanlar, ya da hansısa zərərin dəydiyi haqda məlumat verilmir.

XS
SM
MD
LG