Accessibility links

Tehranın keçmiş baş prokuroru nümayişçiləri həbs etməkdə rolu ilə bağlı tənqidləri rədd edib


Tehranın keçmiş baş prokuroru Səid Mortəzəvi parlamentin onun keçən il seçkidən sonra nümayişçiləri həbsə göndərdiyi ilə bağlı tənqidlərini rədd edib.

Səid Mortəzəvi İran parlamentinin spikeri Əli Laricaniyə məktubda nümayişçilərin Kəhrizak həbsxanasına göndərilməsində rolunu inkar edib. Mortəzəvinin bildirdiyinə görə, o, həmin vaxt işdə olmayıb və nümayişçilərin həbsxanaya göndərilməsi haqda qərarı onun müavini çıxarıb.

Keçən həftə İran parlamenti Səid Mortəzəvini 147 nümayişçini yer olmadığı halda Kəhrizak həbsxanasına göndərməsini tənqid edən hesabat açıqlamışdı. Hesabatda deyilir ki, islahatçı nümayişçilər ərzaq və sanitariya şəraiti olmadan 70 kvadrat metrlik hücrədə saxlanılıblar.

İran mətbuatı mühafizəkar Mortəzəviyə istinadən xəbər verib ki, o, hesabatı rədd edərək, həbsxanada saxlanılan islahatçıları xuliqan adlandırıb.

Parlamentin təhqiqatında habelə Kəhrizak həbsxanasında saxlanılanların mühafizəçilər tərəfindən fiziki təzyiqlərə məruz qaldıqları bildirilir.

XS
SM
MD
LG