Accessibility links

Ukraynada exit poll Viktor Yanukoviç və Yuliya Timoşenkonun seçkilərin ikinci raundunda qarşılacağını göstərir


Ukraynada prezident seçkilərində exit pollar Rusiya tərəfdarı müxalifət lideri Viktor Yanukoviç və hazırkı baş nazir Yuliya Timoşenkonun belə görünür, gələn ay seçkilərin ikinci raundunda qarşılaşacığı göstərir.

Rəy sorğularına əsasən, 2004-cü ildə seçkiləri saxtalaşdırmaqda ittiham edilən Viktor Yanukoviç səslərin 31-dən çox, Qərb tərəfdarı Yuliya Timoşenkonun isə 27 faizini alıb.

Hazırkı qərb tərəfdarı prezident Viktor Yuşşenko isə səslərin 6 faizini toplayaraq mübarizədən çıxır.

Exit pollar təsdiq edilsə, Viktor Yanukoviç və Yuliya Timoşenko fevral ayının 7-də seçkilərin ikinci raundunda mübarizə aparacaqlar.



XS
SM
MD
LG