Accessibility links

ABŞ Haitiyə əlavə qüvvə göndərir


On minlərlə haitili vəd olunan ərzaq və tibbi yardım gözlədikləri bir zamanda Birləşmiş Ştatlar Haitiyə əlavə qoşunlar göndərir. 2,000 dəniz piyadası artıq regionda olan 5,000 ABŞ əsgərinə qoşulacaq. Sabiq ABŞ prezidenti Bill Klinton da bu gün Haitiyə yardım ləvazimatları gətirəcək. Cənab Klintonun Haitidə prezident Rene Reval və başqa hökumət rəsmiləri ilə görüşləri planlaşdırılır. Bazar günü BMT baş katibi Ban Ki Mun Haitiyə göndərilən yardımın sürətləndriləcəyini vəd edib. Paytaxt Port-o-Prinsə baş çəkən Ban Ki Mun burada əhalinin ehtiyaclarını öyənib.
XS
SM
MD
LG