Accessibility links

Hollivudun mətbuat assosiasiyası Qızıl Qlobus mükafatlarını ən yaxşı filmlərə təqdim etdi


Kaliforniyada Beverli Hillsdə Hollivudun mətbuat assosiaysiasının ilin ən yaxşı filmləri və onların yaradıcılarına Qızıl Qlobus mükafatları təqdim edildi.

Elmi fantastika janrında çəkilmiş “Avatar” filmi ən yaxşı film kateqoriyasında Qızıl Qlobus mükafatına layiq görülüb. Bu, “Titanik” filminin quruluşçu-rejissoru olmuş Ceyms Kamerun üçün 12 il bundan əvvəlki müvəffəqiyyətin təkrarı idi. “Avatar”-ın indi şansları Oskar almış “Titanik” -ə yaxın hesab edilir.

Ən yaxşı aktrisa kateqoriyasında mükafatı “The Blind Side” filmində baş rolda çəkilən aktrisa Sandra Bullok aldı.

Ən yaşı aktyor kateqoriyasında isə Qızıl Qlobusa “Crazy Heart” kino-filmindən baş rolu ifa etdiyinə görə aktyor Cef Brayds layiq görüldü.

Musiqili komediya janrında çəkilmiş filmdə ən yaxşı qadın rolunun ifaçısı kateqoriyasında mükafat “Julie and Julie” filminə görə aktrisa Meril Stripə verildi.

Qızıl Qlobus mükafatları dünyanın müxtəlif ölkələrinə şou-biznes xəbərlərini çatdıran 90 müxbirin təşkil etdiyi Holivudun xarici mətbuat assosiasiyası tərəfindən təqdim edilir.

Qızıl Qlobus mükafatlarının təqdimatı mərasimi adətən kinomatoqrafiya sahəsində mükafatlar mövsümünün başlanğıcı və Oskar mükafalatları üçün barometr hesab edilir.

XS
SM
MD
LG