Accessibility links

Pakistanda tutulan amerikalılar onlara işgəncə verildiyini iddia edir


Pakistanda militant İslamçı qrupa qoşulmağa cəhd etdikləri şübhələnilən beş gənc amerikalı məhbəsdə işgəncələrə məruz qaldıqlarını deyirlər. Bazar günü məhkəmə qarşısına çıxarılan məhbuslardan biri maşına aparılarkən “bizə işgəncə verirlər” deyə qışqırıb. Pakistan polisi məbbuslarla pis rəftar edilmədiyini bildirib. Polis zabiti məlumat verib ki, bu növ bəyanatlar məhkəmədə səslənməyib. 19-25 yaşları arasında olan amerikalılar Puncab vilayətinin paytaxtı Lahorda saxlanılırlar. Onlar dekabr ayında qadağan edilmiş Caişi Məhəmməd adlı militant qrupun liderinin Sarqodhadakı evində yaxalanıblar.
XS
SM
MD
LG