Accessibility links

Harayın bu həftəki qonağı Əlirza Amanbəylidir


Harayın bu həftəki qonağı Dünya Azərbaycanlıları Konqresi mətbuat xidmətinin rəhbəri Əlirza Amanbəylidir. O, 1966-cı ildə Təbriz şəhərində anadan olan cənab Amanbəyli 1990-cı ildən bəri Azərbaycan Resublikasında yaşayır. Əlirza Amanbəylinin sözlərinə görə, beynəlxalq hüquq normalarından kənar yollarla neft satmaqla İran rəsmiləri şəxsi büdcələrini artırırlar. Müsahibəni tam mətnin oxuya bilərsiniz.

Sual: Bu günlərdə CNN İranın yüksək vəzifəli dövlət məmurlarının və dini rəhbərinin yaxın qohumlarının xarici banklarda olan hesablarındakı pulları açıqlayıb. Bu, həqiqətə uyğun görünürmü?

Cavab: Əlbəttə, həqiqətə uyğundur. Onlar qohumların, dostlarının və ya hansısa xarici dövlətlərin şirkətlərinin adı vasitəsilə istəklərini həyata keçirirlər.

Sual: Burada heç də az pullardan söhbət getmir. Söhbət milyonlarla dollardan gedir. Hətta milyardlarla dollardan söhbət gedir. Burada Ali dini rəhbərin, parlamentin sədrinin, yüksək vəzifəli əksər məmurların qohumlarının, uşaqlarının adına olan hesablardan söhbət edir. Bu pulları bunlar nə cür, hansı vasitələrlə qazanırlar? Bəlkə bunlar özlərinin, ailənin gəlirləridir? İranda belə bir gəlir mümkündürmü?

Cavab: Dünyanın belə bir vaxtında gəlirlərin ölçüsü, həddi olar. Neftin puludur. Narkotik alveridir. Bilirsiniz ki, regionda İran bir ötürücü narko-bazadır. Məlumatlar var ki, bunun da arxasında Rəfsəncani dayanır. Onun mafiyasına daxil olmayan adamları edam edirlər. Əfqanıstandan İran vasitəsilə Avropaya, xüsusilə də son zamanlar Azərbaycan Respublikasına narkotika ötürülür. Bunların arxasında dayanan maliyyələrin hesabına bu işlər görülür, çirkli pullar irəli gəlir. Qaçaq yollarla, beynəlxalq hüquq normalarından kənar yollarla neft satılır və pul hesablarına ötürülür. Öz şirkətlərinə sərmaya qoymaqla İran büdcəsindən böyük pullar çıxarırlar. Ancaq İranda iqtisadi vəziyyət çox gərgindir. Əhalinin durumu bərbad vəziyyətdədir. İranda 15 milyon işsiz var. Aclıq, səfalət baş alıb gedir. Danışanda İranda ədalətdən, islamdan, Allahdan, peyğəmbərdən, vilayət-fəqihdən, insan haqlarından danışırlar, ortalıqda isə insanları məhv edir orada, millətin pulunu da verir hansısa terror təşkilatına, dünyada sabitliyi pozur. İnsan haqları təşkilatları da heç bir ciddi addım atmır.

Sual: Sizin fikrinizcə, İranın yüksək vəzifəli dövlət rəhbərlərinin, ailə üzvlərinin adına olan xarici banklardakı pullar hansı məqsədlərlə istifadə edilir. Biznes məqsədilə istifadə edilir, yoxsa əlavə gəlirlər əldə etmək üçün xarici banklarda saxlanılır. Və yaxud da siyasi gələcəklərini yaxşı görmürlər ona xarici banklarda saxlayırlar.

Cavab: Sizin sadaladıqlarınız hamısı elə əsas səbəblərdəndir. Gələcəkdə İranda vəziyyət gərginləşəndə qaçanda sərmayələri olsun. Belə bir məlumat var ki, Xameneyinin xaricdə 400 milyard pulu var. Onun 400 atı var, atın birinin qiyməti 400 min dollardır. Bu pullar haradan gəlir? Prezidentin, rəhbərin bir sistemli gəliri olar. Bu qədər pul haradan gəldi bəs? Rəfsəncaniyə 10 il əvvəl sual vermişdilər ki, bu qədər sərmayəni nəyə sərf edəcəksən? Cavabı belə olur: İslam təhlükəyə düşəndə xərcləyəcəm. Bu bəhanədir. O öz təhlükəsizliyi, öz rejiminin təhlükəsizliyi üçün bu pulları xaricə çıxarır və xaricdən özü üçün bir dayaq nöqtələri tapır.

Sual: İran rəhbərləri daim bəyan edirlər ki, ölkədə büdcəyə, maliyyəyə, hökumətə xalq nəzarəti mövcuddur. Bəs xalq nəzarəti olan bir ölkədə, bir ərazidə bu qədər pulların xarici banklara çıxarılması nə dərəcədə realdır?

Cavab: İranda xalq nəzarəti yoxdur. İranda Məsləhət Şurası və Vilayət-Fəqih var. Bunlar rəhbərlikdə 50-60 nəfərdən ibarət bir qrupdur. Pulların hardan gəldiyini, hara xərcləndiyinə onlar nəzarət edir. Xalq nə bilir ki, İran Ermənistana nə qədər pul verir. Xalq nə bilir ki, İran Suriyadakı terror təşkilatlarının düşərgələrinə nə qədər pul verir və niyə verir. Son illərədək xalqın müəyyən bir hissəsinə inandırmışdılar ki, islamdı, dindi, Allahdı. Axırda gördülər ki, islamdan, dindən, Allahdan heç bir xəbər yoxdu. Bunlar ancaq ciblərini doldurmaqla, öz hakimiyyətlərini bərkitməklə, qəddar bir 6-cı əsrin hakimiyyətini yaşatmaq məqsədilə, özlərini qorumaqla məşğuldurlar, islamsa bəhanədir.

Sual: CNN-in siyahısında əsasən həmin şuranın üzvləri və dini rəhbərlərin qohumlarının xarici banklarda pullarının olduğu qeyd edilir. Bu şuraya və dini rəhbərə nəzarət varmı? Və onlar gəlirləri, xarici banklardakı pulları barədə, ümumiyyətlə hökumət qarşısında, xalq qarşısında bir gəlir hesabatı ilə çıxış edirlərmi?

Cavab: Şuraya heç kəs nəzarət etmir. Məsləhət Şurası, Rəhbərlik Şurasıdır – bunlar özləri-özlərinə nəzarət edir. Hesabat da formal bir şeydir. Bəzi müxalifətyönümlü mətbuat azca da olsa onların bəzi açıqlanmayan məlumatlarını açıqlayır. Ancaq qalan şeylər üçün, mühafizəkar da, islahatçı da həmin pullardan istifadə edir. Hər ikisinin xaricdə pulu var. Bugünkü İran hakimiyyətində mühafizəkarın da, islahatçının da xaricdə çoxlu sərmayəsi var. Bunlar eyni adamlardırlar. Sadəcə malın bölüşdürülməsi mübahisələri var.Harayın bu həftəki qonağı Dünya Azərbaycanlıları Konqresi mətbuat xidmətinin rəhbəri Əlirza Amanbəylidir. O, 1966-cı ildə Təbriz şəhərində anadan olan cənab Amanbəyli 1990-cı ildən bəri Azərbaycan Resublikasında yaşayır. Əlirza Amanbəylinin sözlərinə görə, beynəlxalq hüquq normalarından kənar yollarla neft satmaqla İran rəsmiləri şəxsi büdcələrini artırırlar. Müsahibəni tam mətnin oxuya bilərsiniz.

Mövzuya uyğun

XS
SM
MD
LG