Accessibility links

Afrika mənşəli amerikalılar Barak Obamanın prezident seçilməsinin irqi münasibətlərə müsbət təsirini qeyd edir


Yeni rəy sorğuları göstərir ki, Afrika mənşəli amerikalılar ölkədə tərəqqi və irqi münasibətlərə son 25 ildə ən yüksək qiymət vermişlər. Sorğu iştirakçılarının çoxu Barak Obamanın prezident seçilməsinin Amerikada iqri münasibətlərə müsbət təsir göstərdiyini hesab edir.

Nikol Kunniqham deyir ki, ABŞ-ın cənub ştatı olan Corciyada böyüyüb boya-çatmaq asan deyildi.

Bu, irqi zəmində düşmənçilik, məktəblərdə təcrid olmaq əleyhinə mübarizənin getdiyi və Ku Kluks Klanın nifrət yaymağa davam etdiyi bir vaxt idi. Lakin Kunniqham deyir ki, illk qara dərili prezidentin inaqurasiyası zamanın dəyişdiyini göstərir.

Nikol Kunniqham deyir ki, o, beşinci sinifdə oxuyanda Ku Kluks Klan onun məktəbində yürüş keçirmiş və bütün qara dərili şagirdlərin məktəbdən keçəyə çıxarılmasını istəmişdi.

Kunniqham və onun həyat yoldaşı ikisi də hərbiçidir. Onlar keçən ilin yanvar ayında uşaqlarını bu tarixi hadisəni müşahidə etmək üçün inaqurasiya mərasiminə gətirmişdilər.

11 yaşlı Tarik Kunniqham və Qven Kunniqham deyirlər ki, bu, onlar üçün emosional baxımdan olduqca mühüm bir gün olmuşdur.

Pyu Araşdırmaq mərkəzinin yeni sorğusuna əsasən, 2007-ci illə müqayisədə Afrika mənşəli amerikalılar arasında Birləşmiş Ştatlarda qara dərili insanların vəziyyətinin son 5 ildə yaxşılaşdığını deyənlərin sayı az qala iki dəfə artmışdır. Bu, 1984-cü ildən onlar arasında nikbinliyin ən yüksək səviyyədə olduğunu göstərir.

Pyu Araşdırma mərkəzinə əsasən, Afrika mənşəli amerikalıların böyük əksəriyyəti bildirir ki, cənab Obamanın seçilməsi Amerikada irqi münasibətlərin yaxşılaşmasına gətirib çıxarmışdır. Lakin vətəndaş hüquqları uğrunda mübarizlərdən biri olan Culian Bondun fikrincə, bu, hadisələr zəncirində məqamlardan yalnız biridir.

“Bu illər və sonrakı illər bunu edə bilərdik demək mümkündür. Lakin burada vaxtı və bu vaxtın öz adamını gözləmək lazım idi. Vaxtı və adamı. Bu məqama gətirib çıxaracaq çox işlərin görülməsi lazım idi.”-deyə o bildirir.

Prezident Obamanın Kapitoliya binası qarşısında inaqurasiyası yeni prezidentliyin başlanğıcından daha artıq məna daşıyırdı. Kunniqhamlar və digər Afrika mənşəli amerikalılar üçün bu, həm də sonsuz imkanlara bir nümunə idi.

Obama tərəfdarı olan Vörtis Kunniqham. “Böyüyüb, öz övladlarıma siz dünyada nə istəsəniz ola bilərsiniz, daha sədlər yoxdur, hansı səviyyəyə istəsəniz gedə bilərsiniz və bizdən daha yüksəyə qalxa bilərsiniz və biz bunu görə bilərik demək mümkündür.”-deyə o bildirir.

Kunniqhamların gələn nəsli üçün ilk qara dərili prezidentin seçilməsi öz təsirini göstərib.

11 yaşlı Qven Kinniqham onun özünün də prezident seçilə biləcəyini, ilk qara dərili qadın prezident ola biləcəyini deyir.

Kinniqhamlar ailəsi cənab Obamanın Ağ Ev uğrunda mübarizədə qələbəsinin sevincini yaşasalar da, onun mürəkkəb problemlərlə qarşılaşdığını deyirlər.

Onlar prezidentə ən xoş arzularını çatdırır və onun çox işi olduğunu deyirlər.

Bu işlər Əfqanıstanda müharibədə qələbə çalmaq və Amerika xalqını qorumaq, ölkənin tənəzzülə uğramış iqtisadiyyatını bərpa etmək və səhiyyə sahəsində islahatları qəbul etməkdən ibarətdir. Cənab Obama öz planlarını xalqa ABŞ Konqresinin birgə iclasında ölkənin vəziyyətinə dair hesabat məruzəsində çatdıracaq.

XS
SM
MD
LG