Accessibility links

Google Çində yeni telefonun satışını təxirə salıb


Pekinə qarşı internet üzərində senzura qoyduğu və e-mail ünvanlarına müdaxilə barədə ittihamlar irəli sürüldüyü bir vaxt, yeni mobil telefonunu sabah istifadəyə buraxmalı olan internet nəhəngi Google planını təxirə salıb. Bəyanat bu gün Çinin Google-a hücumun arxasında durmadığını söyləməsi və kompüterlərə müdaxilə əleyhinə Pekinin qanunlarının olduğunu bildirməsindən sonra açıqlanıb. Xarici İşlər Nazirliyinin sözçüsü Ma Jaoşu bu gün Pekinin mövqeyini təkrar edərək Çində internetin açıq olduğunu ancaq eyni vaxtda xarici şirkətlərin Çinin qanunlarına və mədəni ənənələrinə əməl etməli olduğunu bildirib.

XS
SM
MD
LG