Accessibility links

Hollandiya qanunvericisi Giyert Vilders müsəlmanlara qarşı nifrət yaymaqda ittiham edilir


Bu gün Hollandiya qanunvericisi Giyert Vilders müsəlmanlara qarşı nifrət yaymaq ittihamı ilə Amsterdam məhkəməsində sualları cavablandırıb. 2008-ci ildə İslamı və Quranı tənqid edən “Fitnə” adlı filmin rejissoru Vilders Hollandiyanın sağ cinahlı Azadlıq Partiyasına başçılıq edir. Keçən ilin mart ayında internet vasitəsilə nümayiş etdirilən film dünya boyu müsəlmanların etirazına səbəb olmuşdu. Giyert Vilders isə İslamla bağlı fikirlərini söz azadlığı çərçivəsində müdafiə edib. O, eləcə də İslamı faşizmlə müqayisə edib və müsəlmanların müqəddəs Quranına qadağa qoyulmasına çağırıb.

BMT-nin baş katibi Ban Ki Mun, mühacirət qrupları və irqçiliyə qarşı olan qurumlar Vildersin çağırışlarını tənqid etmişlər.


XS
SM
MD
LG