Accessibility links

Azərbaycanda internetdə ifadə azadlığına müdaxilə edilmir


Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz hesab edir ki, ölkədə internetdə fikir azadlığına qarşı senzura yoxdur. Onun fikrincə, rəsmi səviyyədə hər hansı sayta qarşı qadağa tətbiq edilməyib, insanların yazışma təhlükəsizliyi qorunur.
Ekspert eyni zamanda, Azərbaycanda internetin başqa problemlərinin olduğunu diqqətə çatdırıb. “Bu internetin sürətinin zəif, qiymətinin baha olmasıdır. Eyni zamanda, internet bazarında hökumətin monopoliyası hələ də qalmaqdadır”.
Cənab Gündüz ölkədə internet təhlükəsizliyinə hökumətin təminat verdiyini bildirib. İnternetdə insanların yazışması və informasiya ilə bağlı izlənməsi yalnız məhkəmə qərarından sonra baş verə bilər.

XS
SM
MD
LG