Accessibility links

Sergey Lavrov Rusiyanın İranın BMT-nin təklifini rədd etməsindən təəssüfləndiyini bildirib


Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyir ki, onun ölkəsi BMT-nin İranın uranı xaricdə zənginləşdirilməsi barədə təklifinin İran tərəfdən rədd edilməsinə təssüflənir. Bu bəyanat ABŞ-ın İrana təzyiq göstərmək üçün daha sərt mövqe nümayiş etdirməsinə və Çinin bu məsələdə tərəddüd etməsinə işarə edir. Bu gün mətbuat konfransında çıxış edən cənab Lavrov BMT Təhlükəsizlik Şurasının sanksiyalar barədə müzakirələr aparacağını desə də, saksiyaları dəstəkləyəcəyinə öhdəlik götürməyib.

Dünən Birləşmiş Ştatların dövlət katibi Hillari Klinton beynəlxalq ictimaiyyətin Tehrana təzyiq göstərməkdə qəti olduğunu bildirərək, bu yoldan geri çəkilməyəcəyini vurğuladı.


XS
SM
MD
LG