Accessibility links

Şimali və Cənubi Koreya yenidən danışıqlar keçirə bilər


Şimali Koreya Cənubi Koreya ilə sərhəd Kaesonq şəhərindəki birgə sənaye kompleksinə dair hərbi danışıqların keçirilməsini təklif edir. Cənubi Koreyanın Birləşmə naziri deyir ki, Pxenyan gələn həftə sərbəst rabitə, sərhəd keçidi və gömrük qiymətləri ilə bağlı müzakirələr keçirmək istəyir. Hər iki ölkədən olan mülki müzakirəçilərin Kaesonq barədə danışıqları heç bir müsbət nəticə əldə edilmədən başa çatsa da, onlar fevralın 1-də yeni raund danışıqların keçirilməsinə dair razılıq əldə etmişdilər. Cənubi Koreyanın 100-dən çox şirkəti Kaesonqda 42 min Şimali Koreyalını işlə təmin edib. Bu obyekt Koreyalar arasında artan gərginliyə səbəb olur.
XS
SM
MD
LG