Accessibility links

Qordon Braun ictimai sorğuda ifadə verəcək


Böyük Britaniya rəsmiləri deyir ki, baş nazir Qordon Braun qarşıdan gələn ümummilli seçkilər öncəsi İraq müharibəsinə dair ictimai sorğuda ifadə verəcək. Bundan əvvəl bildirilirdi ki, 2003-cü il işğalını əhatə edən şərtləri araşdıran İraq şorğusunda seçkilərə qədər nə cənab Braun, nə də digər nazirlər ifadə verəcək. Ancaq bu yaxınlarda cənab Braun sorğu rəhbəri Con Çilkota deyib ki, o, hər an ifadə verməyə hazırdır. Hərbi müdaxilə zamanı Qordon Braun maliyyə naziri idi. Həmin vaxt o, müdafiə xərcləri qərarına görə tənqidlərə məruz qalırdı.
XS
SM
MD
LG