Accessibility links

Respublikaçılar siyasi müqavimətə dair xəbərdarlıq edir


Konqresin Nümayəndələr Palatasında respublikaçıların lideri Con Baner deyib ki, bu həftə Massaçusets ştatında Senata yer uğrunda respublikaçıların qələbəsi prezident Barak Obama və Konqresdəki demokratlar üçün xəbərdarlıqdır.

Respublikaçılar partiyasının həftəlik müraciəti zamanı azlıqda olan respublikaçıların lideri Con Baner bildirib ki, ölkədə artıq bir müddətdir siyasi müqavimət müşahidə olunur. Onun sözlərinə görə, respublikaçı Skot Braunun mərhum demokrat senator Edvard Kennedinin Senatda 50 ilə yaxındır tutduğu yeri tutmaq uğrunda seçkidə qələbəsi bu siyasi müqavimət nəticəsində mümkün olmuşdur.

Baner deyib ki, cənab Obamanın hakimiyyətdə birinci ili iqtisadiyyatın stimullaşdırılması və yeni iş yerlərinin açılması səyləri iqtisadi tənəzzülün davam etməsi və daha artıq borclara gətirib çıxarıb.

XS
SM
MD
LG