Accessibility links

Dünya ulduzları Haitiyə yardım tele-marafonu keçirdi


Dünya şöhrətli əyləncə və idman ustaları, media üzvləri və siyasi xadimlər Haitidə zəlzələ qurbanları üçün vəsait toplamaq məqsədilə beynəlxalq televiziya şəbəkəsi və İnternetdə tele-marafonda iştirak ediblər.

Reklamsız sürən iki saatlıq tele-marafon “Haiti üçün Ümid” adı altında keçib.

Aksiyanın təşkilatçısı olan aktyor Corc Kluni deyib ki, bu, sərhəd və hüdudu tanımayan bir faciədir. O, tamaşaçıları ehtiyacda olan qonluya kömək etməyə çağırıb.

Amerika rok ustası Brüs Sprinqstin ifa etdiyi Amerika vətəndaş hüquqları himnini fəlakətin baş verdiyi ölkəyə həsr etdiyini deyib.

Los Anceles, Nyu York və Londonda müxtəlif musuqi ustaları musiqi ifa etdiyi zaman, CNN tele-şirkətinin aparıcısı Andersen Kuper Haitinin özündən canlı yayımda veriliş aparıb.

ABŞ-ın keçmiş prezidenti Bill Klinton faciə haqda danışıb.

Aksiya nəticəsində əldə edilmiş vəsait Haitidə yardım qruplarının işinə dəstək olacaq.

XS
SM
MD
LG