Accessibility links

Osama bin Laden ABŞ-ı hədələyir


Əl-Cəzirə ərəb televiziya şəbəkəsi Əl-Qaida təşkilatının terrorçu lideri Osama bin Ladenə məxsus olduğu deyilən yeni audi-müraciət yayımlayıb. Müraciətdə bin Laden iflasa uğramış Milad təyyarə hücumu üçün məsuliyyəti öz üzərinə götürüb. Bazar günü yayımlanan mesajda bin Laden deyib ki, Əl-Qaida ABŞ İsraili dəstəklədikcə ona hücumlar etməkdə davam edəcək. O, deyib ki, fələstinlilərin təhlükəsizliyi təmin olunmayınca amerikalılara sülh içərisində yaşamağa imkan verməyəcək. Milad günü, dekabrın 25-də, 23 yaşlı nigeriyalı ABŞ-a istiqamət almış təyyarəni Detroyta enərkən partlatmağa cəhd etmişdi.
XS
SM
MD
LG