Accessibility links

Hindistan Kəşmirində nümayiş keçirilib


Bazar günü minlərlə adam Hindistanın nəzarətində olan Kəşmirdə küçələr çıxaraq Hindistan ordusunu mülki vətəndaşı öldürməkdə ittiham edib. Polis deyir ki, Muştaq Əhməd Mir şənbə gecəsi müsəlman militantlarla hind qüvvələri arasındakı atışmada həlak olub. Etirazçılar əsgərlərin Miri toqquşma zamanıl güllələdiklərini deyir. Cümə günü baş verən insidentdə polis hüquq mühafizə orqanlarının nümayişçilərə atəş açdığı zamanı bir mülki vətəndaşın həlak olduğunu və bir neçə adamın yaralandığını məlumat verib. Təhqiqatçılar deyir ki, etiraz nümayişi polis Srinaqardan 30 kilometr şimalda yol yoxlama postu qurduqdan sonra baş verib. Nümayişçilər postun müsəlman pirinə gedən yolu bağladığından şikayət ediblər.
XS
SM
MD
LG