Accessibility links

Venesuelada müxalif telekanalların yayımı dayandırılıb


Venesuelada kabel televiziya şəbəkəsi aparıcı müxalifət telekanlı və beş başqa telekanalın yaymını onlar prezident Uqo Çavezin çıxışını translyasiya etmədikdən sonra dayandırıb. Radio Karakas Televiziyası (RCTV) və beş başqa kanalın kabel sistemlərindən yığışdırılmasını hökumət rəsmiləri perzident müraciətlərini yayımlamağı icbari edən edən yeni nizamnamə ilə əsaslandırırlar. Hökumət kanalın lisenziyasını yeniləməkdən itmina etdikdən sonra RCTV yalnız kabel xidmətinə keçmişdi. Venesuela kabel şəbəkəsi Ritmo Son, Momentum, Amerika TV, America Network və TV Çili kanallarının siqnallarının yayımını dayandırıb.
XS
SM
MD
LG