Accessibility links

İran prezidenti parlamentə yeni büdcə təqdim edib


İran prezidenti Mahmud Əhmədinejad ölkənin neft gəlirlərindən asılılığını azaldacaq büdcə təklifini parlamentə təqdim edib. İranın next ixracatı hökumət gəlirlərinin təqribən 80 faizini əhatə edir. Cənab Əhmədinejad qanunvericilərə deyib ki, onun büdcəsi qeyri-neft gəlirlərini artıracaq, lakin bunun təfərrüatına varmayıb. O, deyib ki, hökumət xərcləri kənd təssərüfatı və tədqiqat üzərində cəmləşəcək. İran prezidenti öz təqdimatında heç bir gəlir və ya xərc rəqəmləri göstərməyib. Rəsmilər deyir ki, rəqəmlər sonradan açıqlanacaq. İranın yarı-rəsmi Mehr xəbər agentliyi bildirir ki, cənab Əhmədinejadın təklif etdiyi büdcə layihəsi 368 milyon dollar xərcləməyi nəzərdə tutur ki, bu da ötən illə müqayisədə 89 milyard dollar çoxdur.
XS
SM
MD
LG