Accessibility links

Haitiyə yardım üçün Kanadada beynəlxalq görüş keçiriləcək


Haiti baş naziri Cin Maks Belerive ölkəsinin bərpası planlarını müzakirə etmək üçün keçirilən beynəlxalq toplantıya qatılmaq məqsədilə Kanadaya gedib. Kanada baş naziri Stefen Harper Monrealda keçirilən görüşə ev sahibliyi edir. ABŞ dövlət katibi Hillari Klinton və 10-dan çox başqa dövlətin xarici işlər nazirləri ilə yanaşı, qeyri-hökumət təşkilatlarının nümayəndələri də görüşdə iştirak edəcək. Haiti hökuməti dünən açıqlayıb ki, yanvarın 12-də paytaxtı dağıdan zəlzələ nəticəsində ölənlərin sayı 150 minə çatıb. Rəsmilər bu göstəriciyə kənar ərazilərin daxil edilmədiyini bildirir. Haiti də isə yardım işçiləri təxminən iki həftə əvvəl baş vermiş zəlzələnin qurbanlarına qida, su və tibbi təchizat çatdırmağa çalışır.
XS
SM
MD
LG