Accessibility links

Kabildəki ABŞ hərbi bazası yaxınlığında bomba hücumu həyata keçirilib


Əfqanıstanın Daxili İşlər Nazirliynin bildirdiyinə görə, paytaxt Kabildəki Birləşmiş Ştatlar hərbi bazası yaxınlığında baş verən bomba hücumu 5 nəfərin yaralanmsına səbəb olub. Nazirliyin sözçüsü Zəmeri Bəşəri deyib ki, partlayış bu gün Finiks hərbi düşərgəsi yaxınlığında baş verib. NATO rəsmiləri də partlayışın bazanın girəcəyində baş verdiyini təsdiq ediblər.

Hücumun məsuliyyətini Taliban öz üzərinə götürüb. Associated Pressin açıqladığı Talibanın mesajında hədəfin beynəlxalq qüvvələr olduğu deyilir.

Əfqanıstanın təhlükəsizlik rəsmilərinın açıqladığı məlumatda deyilir ki, bu ayın əvvəlində Kabildə təhlükəsizlik işçisi də daxil edilməklə, 5 nəfəri qətlə yetirən yaraqlıların başçısı həbs edilib.

XS
SM
MD
LG