Accessibility links

Koreyalar sərhədində atəş açılıb


Şimali Koreya ikinci dəfə Cənubi Koreya ilə su sərhədində artilleriyadan atəş açıb. Bundan bir az öncə tərəflər həmin zonada bir-birinə xəbərdarlıq atəşi açmışdılar. Rejim sahildəki artilleriya qurğularından 30 dəfə atəş açdıqdan sonra Cənubun hərbçiləri yaxınlıqdakı dəniz piyada bazasından cavab atəşi açdılar. Şimali Koreyaya məxsus dövlət xəbər agentliyi baş qərargahlar rəisinə istinad edərək artilleriya barrajının hərbi təlimə daxil olduğunu bildirib. Cənubi Koreyanın müdafiə nazirliyi Pxenyanın hərəkətlərini təhlükəli təxribat adlandıraraq ordunun sayıqlığını artırıb.
XS
SM
MD
LG