Accessibility links

NATO-nun Əfqanıstanda qüvvələri üçün yeni təchizat yolu açılır


Əfqanıstanda militantlara qarşı mübarizə aparan NATO qüvvələri bu yaxınlarda açılacaq yeni təchizat yolu vasitəsilə daha artıq yardım alacaq.

NATO və Qazaxıstan bu gün alyansın Avropadan təchizatın nəqli üçün Qazaxıstanın hava ərazisindən istifadə etməsinə imkan verilməsinə dair razılıq əldə edib.

NATO-nun Baş katibi general Anders Foq Rasmussen deyib ki, NATO qarşıdan gələn günlər yeni yoldan istifadə etməyəbaşlayacaq.

Bu, NATO-nun Əfqanıstandakı qüvvələrinə qeyri-hərbi yüklərin daşınması haqda Rusiya ilə əldə edilmiş razılığa oxşar razılıqdır.

İndiyə qədər NATO əsas etibarilə Pakistandan təchizat yollarından istifadə edirdi. Şimal-qərbdə Xeybər keçidi də daxil olmaqla, bu yollar Taliban militantlarının hücumlarının hədəfi olmuşdur.

XS
SM
MD
LG