Accessibility links

ABŞ Mətbuat İcmalı: Obamanın ilk illik hesabat məruzəsi


Prezident Barak Obamanın illik hesabat məruzəsinə böyük yer ayıran ABŞ mətbuatı xüsusilə Respublikaçıların bu bu çıxışa reaksiyasını vurğulayıb.

The Washington Post
qəzeti yazır ki, 71 dəqiqə çəkən Barak Obamanın ilk illik hesabat məruzəsi prezidentlər məruzələri tarixində ən uzun 6-cı çıxışdır. Qəzet çıxışı xülasələşdirərək 3 hissəyə Dəyərlər Məsələsi, Səhiyyə İslahatlarının ciddiliyi və Buşun tənqidinə ayırır. Məqalədə deyilir ki, cənab Obama nitqin əvvəlindən axırına qədər amerikalı olmaq kimi birgə dəyərin qorunmasını bildirib. ABŞ prezidenti bugün Amerikada başlıca müzakirə mövzusu olan Səhiyyə İslahatları barədə danışmaq üçün yarım saat gözlədi. Ancaq o, bu haqda danışanda məsələ ətrafındakı kinayəli mövqedən yan keçmək üçün özünü tənqidlə söhbətə başlayıb. Qəzet yazır ki, üçüncü məsələyə gəldik Amerika dövlət başçısı ən azı 3 məsələni keçmiş administrasiyadan ona və dövlətə qalmış problemlərlə izah edib. "Bir çox hadisələr mən qapıdan içəri daxil olmamışdan əvvəl baş verib"-deyə nitqində Barak Obama bildirib.

Wall Street Journal internet qəzeti isə Barak Obamanın bu sözlərinə diqqəti cəlb edir: "Mən "Bizim İnandığımız dəyişiklik" şuarı ilə sizlərə dəyişiklik vədi etmişəm. İndi bilirəm ki, bəzi amerikalılar bizim bu dəyişikliyi hələ də edə biləcəyimizə əmin deyil".Qəzet Barak Obamanın belə yüksək tonunun seçki kampaniyasından sonra eşidilmədiyini bildirir. Qəzetdə habelə deyilir ki, Corc Buşun İllik hesabat məruzələri ilə müqayisədə Barak Obama Terrorizm və müharəbələr məsələsinə daha az yer ayırıb. Nitqin böyük bir qisminin iqtisadiyyata həsr edildiyini yazan qəzet cənab Obamanın 787 milyard dollarlıq stimullaşdırma planına güclü dəstək verdiyi bildirir.

Biznes liderlərinin bu çıxışa reaksiyasının da öz əksini tapdığı məqalədə liderlərin mövqeyinin fərqli olduğunu yazılır. Liz Claiborne INC. şirkətinin icraçı direktoru Bill Makkomb çıxışı xoşladığını, Obamanın Xilas planından kiçik bizneslərə pul ayrılması təklifi onun eşitmək istədiyi şey olduğunu deyib. Nucor Corp. Şirkətinin direktoru Den DiMikko Barak Obamanın Birləşmiş Ştatlarda yaşayan işsizlik böhranına lazımı cavab verə bilmədiyini bildirib.

Daily News Respublikaçıların cavab müraciətinə yer verib. Respublikaçılar adından müraciət ünvanlayan Virciniyanın bu yaxınlarda seçkilərdə qalib gəlmiş qubernatoru Bob McDonell Barak Obamanın büdcə artımını qismən dondurmaq planını alqışlasa da, görüləsi çox işlərin qaldığını vurğulayıb. Daily Newsvə digər qəzet yazır ki, öz qələbəsinə təkan verən anti-iri hökumət sentimentlərini əks etdirərək McDonell hökuməti vergiləri, nizamlamaları və məhkəmə işlərini artırmamağa səsləyib. Qəzetlərin məlumatına görə, Virciniya qubernatoru bu növ siyasətin işləri qapatdığını və orta sinfə zərbə endirdiyini bildirib.

Stateman.com veb səhifəsi isə digər respublikaçıların reaksiyasını işıqlandırıb. Barak Obamanın belə çıxışları tez-tez etdiyini və bunun da onların oxşarı olduğunu bildərən Texasın Senatdakı respublikaçı təmsilçisi Con Kornin adminsitrasiyanın vədlərə əməl etmədiyini bildirir. Lloyd Doccet isə deyir ki, məsələ nitqin necə çatdırılması deyil, məsələ nəticənin necə əldə olunmasıdır. İşsizlik səviyyəsinin azaldılmalı olduğunu vurğulayan San-Antonio təmsilçisi Lamar Smit isə deyir ki, buna immiqrasiya qanununu qəbul etməklə nail olmaq olar.
XS
SM
MD
LG