Accessibility links

Obamanın illik çıxışı əhalinin iqtisadi tənəzzüldən narahat olduğu bir zamana  təsadüf edir


Prezident Obama Konqres qarşısında və televiziya vasitəsi ilə Amerika xalqına öz siyasət prioritetlərini açıqladığı bir zamanda administrasiya bir tərəfdən hökumət xərclərini azaltmaq digər tərəfdən isə yeni iş yerlərinin yaradılması və iqtisadi tənəzzülə son qoyulmasına nail olmaq üçün güclü təzyiq altındadır.
Wall Street Journal qəzetinin keçirdiyi sorğunun nəticələrinə görə Amerikalıların çoxu prezidentin iqtisadiyyata çox az diqqət yetirdiyi, səhiyyə islahatlarına isə həddindən artıq vaxt ayırdığına inanır.
Ağ Evin mətbuat Katibi Robert Gibs bildirib ki, prezident Obama çıxışında əhalinin iqtisadiyatın vəziyyəti barədəki “qəzəbi” və “narahatlığı” məsələlərinə də toxunacaq. Cənab Gibs deyib ki, prezident Obama çıxışında Konqresi səhiyyə islahatları barədə əməkdaşlığa çağıracaq.

XS
SM
MD
LG