Accessibility links

Rusiya İrana hava müdafiə sisteminin satışını müdafiə edib


Rusiyanın silah alqısı ilə məşğul olan dövlət idarəsinin rəhbəri İrana hava müdafiə sisteminin satışı hüququnu müdafiə etsə də, Moskvanın mövcud razılığa əməl edib etməyəcəyi barədə mövqe bildirməyib.

Rusiyanın silah ticarəti üzrə rəsmisinə istinad edən dövlət mediası bildirib ki, Rusiyanın İrana silah satması hazırda BMT-nin Tehrana qarşı tətbiq etdiyi sanksiyalarla qadağan olunmayıb. O habelə əlavə edib ki, S-300 tipli hava müdafiə sistemi hücum deyil, müdafiə olunmağı nəzərdə tutur. Lakin o, Rusiyanın bu sistemi İrana çatdırıb-çatdırmayacağı məsələsinə aydınlıq gətirməyib.

Rusiya 2007-ci ildə İrana yer-hava tipli raketlərin satışı barədə razılığa gəlsə də, hələlik bu sazişə əməl etməyib.

XS
SM
MD
LG