Accessibility links

Pakistanda intiharçı hücumu baş verib


Pakistan rəsmiləri bildirirlər ki, ölkənin şimal qərbində yerləşən Bacaur rayonundakı təhlükəsizlik nəzarət keçid məntəqəsinin yaxınlığında intiharçı hücumu nəticəsində azı 16 adam həlak olub, 20-dən çox adam isə yaralanıb. Rəsmilərin bildirdiklərinə görə, hücum rayonun böyük şəhəri olan Xarda bir bazarın yaxılığında baş verib. 2008-ci ildə Pakistanın hərbi qüvvələri Bacaur rayonuna geniş miqyaslı əməliyat həyata keçirərək qələbə çaldıqlarını elan etmişdilər. Terror aktı Pakistan hərbi qüvvələrinin hava və quru hücumları nəticəsində 24 yaraqlını öldürməsindən bir gün sonraya təsadüf edir.
XS
SM
MD
LG