Accessibility links

Pakistan ordusu Talibanın ölkədəki lideri Məsudun ölümünə dair məlumatları araşdırır


Pakistan ordusu Talibanın ölkədəki lideri Hakimulla Məsudun yanvarın ortalarında ABŞ-ın pilotsuz idarə edilən təyyarəsindən raket atəşi zamanı aldığı yaralardan öldüyünə dair xəbərləri təhqiq edir.

Ordu bunu Pakistan dövlət telviziyasında onun öldüyü və dəfn edildiyi haqda məlumatların verilməsindən sonra elan edib.

Militantların liderinin öldüyü haqda bir-birinə zidd məlumatlar yanvar ayında Pakistanda onlarla militantın ölümülə nəticələnmiş bomba hücumlarından sonra yayılmağa başlamışdır.

Taliban bomba hücumlarından sonra Məsudun sağ qaldığını sübut etmək üçün iki audio kaset açıqlamışdı. Bəzi məlumatlarda isə Məsudun hücumlardan bir neçə gün sonra öldüyü deyilir.

Talibanın sözçüsü Əzam Tariq bu gün Məsudun öldüyünə dair məlumatları təkzib edərək onun sağ-salamat olduğunu bildirib. O, Fransa xəbər agentliyinə deyib ki, Məsudun ölümünə dair xəbərlər Taliban sıralarında fikir ayrılıqları yaratmaq məqsədi daşıyır.

XS
SM
MD
LG