Accessibility links

İraqda şiə zəvvarlara hücum edilib


İraq polisi məlumat verir ki, Bağdadın şimalında intiharçı özünü partladaraq 41 adamın ölümünə və 100-dən çox adamın yaralanmasına bais olub. Rəsmilər deyir ki, qadın intiharçı partlayıcı kəməri şiə zəvvarlarla dolu izdihamın ortasında detonasiya edib. Həmin qrup bu həftə Kərbəlanı ziyarət edən yüz minlərlə şiə zəvvarları sırasına daxil idi. Əksər şiələr 40 günlük yas mərasimini müqəddəs din xadimlərinin məqbərəsini ziyarət etməklə başa vururular. Qiyamçılar son illərdə İraqda zəvvarları tez-tez hədəf alıblar.

XS
SM
MD
LG