Accessibility links

BMT baş katibi  Kiprə səfər edib


BMT baş katibi Ban Ki Mun Kiprdə 36 ildir davam edən bölünməyə son qoyma səylərinə dəstək məqsədilə Kiprə səfər edib. Ban Ki Mun, BMT-nin himayəsi altında keçirilən danışıqlarda irəliləyiş əldə olunması üçün Kiprin Türk və Yunan icmalarının liderlərini cəsarət, elastiklik, fərasət və kompramis nümayiş etdirməyə çağırıb: “Mən Kipr probleminin həllinin asan olduğunu düşünmürəm və sizin qarşınızdakı çətinlikləri anlıyıram. Mən eyni zamanda bir həl çarəsinin mümkünlüyünə və əldə oluna biləcəyinə də inanıram.”

Kiprin Türk və Yunan tərəfləri 2008-ci ilin axırlarından bəri BMT-nin vasitəçiliyi ilə əhatəli sülh danışıqları keçirirlər. Yunan tərəfinin prezidenti Dimitris Xristofias və Türk icmasının lideri Məhmət- Əli- Talat sülh prosesinin sürətləndirilməsi, iki icmanın mövqeiləri arasındakı fərqlərin həlli məqsədilə, keçən ay bir sıra gərgin müzakirələrə başlamışlar.

Liderlər Kiprin Türklərin nəzarətindəki Şimal hissəsində seçkilərin keçirilməsindən əvvəl bir razılığa gəlmək üçün təzyiqlə üzləşirlər. Belə ki, həmin seçkilərdə sərt xətt tərəfdarları Məhmət-Əli- Talata galib gəlsələr danışıqların gündəliyində dəyişikliklər olunmasını tələb edə bilərlər.

Hələ ki, birləşmiş Kiprdə idarəçilik və hakimiyyətin bölüşdürülməsi sahələrində iki tərəf arasında çox az irəliləyiş əldə edilib.

XS
SM
MD
LG