Accessibility links

Somali paytaxtında şiddətli döyüş olub


Somalinın paytaxtı Moqadişuda şahidlər bildirirlər ki, qiyamçılarla hökumət qüvvələri arasında gedən atışmalarda azı 8 nəfər həlak olub. Paytaxt sakinləri deyirlər ki, qiyamçılar prezident iqamətgahını minamyot atəşinə tutublar. Onları atəşinə hökumətin əsgərləri və ya Afrika Birliyinin sülhü mühafizə qüvvələri cavab verib. Minamyot atəşi paytaxt Moqadişunun şimal bölgəsindəki evləri dağıdıb. Şəhərin təcili yardım xidmətinin başçısı deyib ki, əməliyyatda azı 55 adam yaralanıb və onların bəzisinin vəziyyəti ağırdır. Bu, son 3 gün ərzində paytaxta baş verən ikinci ağır döyüşdür. Cümə günü baş verən hücumda Əl Şabab adlı qrupun döyüşçüləri hökumət qüvvələri ilə tioqquşmuş və nəticədə 15 adam həlak olmuşdu.
XS
SM
MD
LG