Accessibility links

İran Həmas komandirinin qətlində İsraili ittiham edib


İran keçən ay Həmas komandiri Mahmud Əl-Məbhuhun qətlə yetirilməsinə görə İsraili ittiham edib. İranın Xarici İşlər Nazirliyinin sözçüsü Rəhim Mehmanpərəst Həmas komandirinin qətlə yetirilməsini "dövlət terrorizmi" kimi qiymətləndirib. Sözçü onu da əlavə edib ki, beynəlxalq ictimaiyyətin bu məsələ ilə əlaqədar susması təəccüb doğurur.

Həmas rəsmiləri İsraillə uzun müddətdir davam edən konflikt zamanı Məbhuhun qrupu silahla təmin etdiyini deyib. Onlar Məbhuhun yanvar ayının 20-də, Dubayda səfərdə olarkən mehmanxana otağında qətlə yetirildiyini bildirmişlər. Həmas da bu qətldə İsraili gunahlandırıb.

XS
SM
MD
LG