Accessibility links

Sankt Peterburq qatarında daha bir partlayış baş verib


Rusiya mediasının bildirdyinə görə, bu gün Sankt Peterburq qatarında baş verən partlayış nəticəsində lokomotiv zədələnmiş və sürücü yaralanmışdır. Rusiyanın Dəmiryol Nazirliyinin açıqlamasında partlayışın Sankt Peterburqun yaxınlığındakı Baltik stansiyasında baş verdiyi və sürücünün ayağından yaralandığı bildirilir.

Keçən ilin noyabr ayında Sankt Peterburq - Moskva reysli sərnişin qatarında baş verən bomba partlayışı azı 26 nəfərin ölümünə, 50-dən çoxunun yaralanmasına səbəb olmuşdu. Hücumun məsuliyyətini Rusiyanın Şimali Qafqaz bölgəsindəki İslamçı yaraqlılar öz üzərlərinə götürmüş və bundan sonra da hücumlar həyata keçirəcəkləri barədə xəbərdarlıq etmişdilər.

XS
SM
MD
LG