Accessibility links

Kərbəla yaxınlığında şiə zəvvarlara hücum olub


İraq polisi deyir ki, Kərbəla şəhəri yaxınlığında baş vermiş bomba partlayışı nəticəsində ən azı 20 şiə zəvvar həlak olub, 100-dən çox insan isə yaralanıb. Rəsmilərin bildirdiyinə görə, zəvvarlar Bağdadın cənubuna səfər edərkən hücuma məruz qalıblar. Bu gün habelə Bağdadda şiə zəvvarları hədəf alan iki yol kənarı bomba partlayışı olub. Birinci hücum bir nəfərin ölümü, 3 nəfərin yaralanmasına səbəb olub. İkinci partlayış nəticəsində isə 3 nəfər xəsarət alıb. Qeyd edək ki, bazar ertəsi günü qadın intiharçının zəvvarların içərisində özünü partlatması nəticəsində 41 nəfər həlak olub, 100-dən çox insan yaralanmışdı.
XS
SM
MD
LG