Accessibility links

ABŞ Cənubi Qafqazda təhlükəsizlik məsələlərini müzakirə edəcək


Fevralın 4-5-də ABŞ dövlət katibinin müavini Ceyms Staynberq Qafqaz regionuna səfər edəcək, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.
Cənab Staynberq Yerevanda Ermənistan prezidenti Sarkisyan və xarici işlər naziri Edvard Nalbandyanla danışıqlar aparacaq. Müzakirə mövzusu ikitərəfli və regional məsələlər olacaq.
Sonra Staynberd Tbilisiyə gedəcək, orada Gürcüstan prezidenti Mixail Saakaşvili və Gürcüstan müxalifətinin nümayəndələri ilə görüşəcək.
Dövlət katibinin müavini Gürcüstandan Almaniyaya yola düşəcək. Fevralın 5-də o, Münhen Təhlükəsizlik Konfransında iştirak edəcək. Münhendə amerikalı diplomatın Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə xarici işlər naziri Əhməd Davutoğlu ilə görüşəcəyi gözlənilir.
Azərbaycanda Azərbaycan və Ermənistan prezidentlərinin Soçi şəhərində Rusiyanın vasitəçiliyi ilə görüşündən sonra Amerika dövlət katibinin regiona səfərini müsbət qiymətləndirir. Şərq-Qərb Araşdırmalar mərkəzinin rəhbəri Ərəstun Oruclu Amerika diplomatiyasının regionda fəallaşmasını müsbət qiymətləndirir. Onun fikrincə, prezidentlərin Soçi görüşü münaqişənin nizamlanmasında geriyə doğru addım kimi qiymətləndirilməlidir. “Rusiya regionda münaqişələrin həllində maraqlı deyil. Bu barədə Rusiya və Türkiyə baş nazirlərinin görüşündən sonra Rusiya baş naziri VladimirPutin açıq bəyanatla çıxış etdi”.
Politoloq hesab edir ki, Amerika Kəşfiyyat Departamentinin rəhbərinin Ermənistan - Azərbaycan münaqişəsinin yenidən bərpa olunma ehtimalı ilə bağlı dedikləri reallaşa bilər. “Rusiya regionda münaqişələrin alovlanmasında maraqlıdır. Bununla ölkədəki problemlərdən ictimai diqqəti yayındırmış olur. Münaqişənin aktiv mərhələyə keçməsi isə Azərbaycanın maraqlarına uyğun deyil. Amma bununla yanaşı, aktiv hərbi qarşıdurma üçün Rusiya, Ermənistan və Azərbaycan arasında müştərək maraqlar da yarana bilər”.
Cənab Oruclu hesab edir ki, regionda münaqişələrin həlli üçün Rusiyanın təsirləri aradan qaldırılmalıdır.




XS
SM
MD
LG