Accessibility links

ABŞ dövlət katibinin müavini Qafqaza səfər edib


ABŞ dövlət katibinin müavini Ceyms Steynberq bu gün Ermənistanda prezident Serj Sarkisyanla təhlükəsizliyə dair danışıqlar keçirdikdən sonra Gürcüstana yola düşüb. O, Almaniyada beynəlxalq təhlükəsizlik konfransına qatılmamışdən əvvəl Gürcüstanda prezident Mixail Saakaşvili ilə danışıqlara aparacaq. Yerevandakı danışıqlar Birləşmiş Ştatlar və Rusiyanın Türkiyə və Ermənistana sülh razılığının əldə olunması üçün təzyiqləri davam etdirdiyi vaxta təsadüf edir. Türkiyə və Ermənistan arasındakı problemlərin mənbəyində Oslmanlı İmperiasının 1915-ci ildə ki, Erməni Təhciri ölçülərini Ermənilərin soyqırım adlandırması və bunun dünya miqyasında qəbul edilməsi üçün fəaliyyət göstərmələri təşkil edir. Türkiyə soyqırım iddialarını rədd edir və Ermənilərin həmin iddialarını dəstəkləyən ölkələri sanqsiyalarla hədələyir.
XS
SM
MD
LG