Accessibility links

İran ABŞ-ın raket əleyhinə müdafiə sisteminin asanlıqla dəf ediləcəyini bildirir


İran Silahlı qüvvələrinin Baş qərargahlar rəisi Körfəzdəki ərəb ölkələrini ABŞ-ın raket əleyhinə müdafiə sistemini almamağa çağıraraq deyib ki, onların qarşısı asanlıqla alına bilər.

İranın dövlət xəbər agentliyi general Həsən Firuzabadiyə istinadən bildirib ki, Patriot raketləri sadı taktiki üsullarla yararsız hala gətirilə bilər.

İran Birləşmiş Ştatları Körfəz ölkələrində raket əleyhinə müdafiə sistemləri yerləşdirməklə rəsmi Tehran və onun ərəb qonşuları arasında parçalanma yaratmağa çalışmaqda ittiham edir.

Dünən ABŞ Dövlət katibi Hillari Klinton İran beynəlxalq ictimaiyyətin nüvə proqramını məhdudlaşdırmaq çağırışlarına əhəmiyyət vermədiyi halda, Birləşmiş Ştatların regionda müttəfiqlərin müdafiə qabiliyyətini artırmaq səylərinə dəstək bildirmişdi.

XS
SM
MD
LG