Accessibility links

Əfqan və NATO qüvvələrinin birgə əməliyyatı zamanı 32 militantın öldürüldüyü bildirilir


Əfqanıstanın cənubunda Helmənd vilayətinin rəsmisi əfqan və NATO qüvvələrinin birgə əməliyyatı zamanı militant olduqlarından şübhəli 32 nəfərin öldürüldüyünü bildiirb.

Vilayətin qubernatorunun sözçüsü Daud Əhməd deyib ki, müttəfiq qüvvələr Talibana məxsus bir neçə evdə reyd keçirib.

Talibanın istinadgahı olan bu regionun yaxınlığında ABŞ və əfqan komandirləri genişmiqyaslı əməliyyat planlaşdırıb.

Komandirlər Helmənd vilayətinin Mərcah rayonunda minlərlə əsəgrin iştirak etdiyi əməliyyatın nə zaman başlayacağı haqda bir söz deməyiblər. Lakin mətbuatda hücumun bu yaxınlarda başlayacağı haqda xəbərlər verilib.

XS
SM
MD
LG