Accessibility links

ABŞ prezidenti Vaşinqtonda siyasi ab-havanı dəyişməyə çalışır


ABŞ prezidenti kimi hakimiyyətinin ikinci ili Barak Obama Konqresdə siyasi ab-havanı dəyişməyə çalışır. 2009-cu il partiyalar arasında siyasi mənsubiyyətə görə parçalanmaya son qoymaq istəyən prezident Barak Obama müxalif Respublikaçılar partiyasından qanunvericilərlə əlaqələri yaxşılaşdırır.

Prezident Obama qanunvericiləri partiya mənsubiyyətinə görə siyasət yürütməyə son qoymağa çağırır. O, Vaşinqtonda birliyi gücləndirmək üçün platforma hazırlamağa çalışır. Bu səylər tarixən liberal ştat olan Massaçusetsdən Senata respublikaçı senator seçildikdən sonra edilir.

Mühafizəkar araşdırma mərkəzlərindən biri olan Heritec fondunda təhlilçi Brayan Darlinq dəyişiliyin tez bir zamanda baş verəcəyinə şübhə ilə yanaşaraq deyir ki, prezidentin indi fəaliyyəti onun dediklərilə üs-üstə düşmür.

Rəs sorğuları göstərir ki, amerikalıların böyük hissəsi Vaşinqtonda iki partiyanın daha sıx əməkdaşlıq apardığını görmək istəyir. Lakin səhiyyə islahatı kimi məsələlərdə ümumi bir fikrə gəlmək artıq sübut da olub ki çətin olur.

“Mən eşidəndə ki, respublikaçıların ideyalarını qəbul etməliyik gəlin açıq bildirək:etməliyik. Lakin o biri tərəf bizim ideyaları qəbul etməyib.”-deyə ABŞ prezidenti bildirib.

Kəskin fikir ayrılıqları prezidentin Konrqresdə ona zidd olan respublikaçıların suallarına cavab verdiyi qeyri-adi görüşdə də müşahidə olunurdu.

Texas ştatından respublika nümayəndə Ceb Hensarlinq prezident Obamaya deyib":Sizin administrasiyanız gələn 10 il ərzində ölkənin borcunu üç dəfə artıracaq büdcə təklif edib.”

Prezident Obamın cavabı belə olub: “Siz burada bir sıra mülahizələr irəli sürürsünüz ki mən onların yarısı ilə razı deyiləm.”

Prezident əməkdaşlıq etməyə dair mesajında da müxalif partiyanı məzəmmət etməyə davam edib.

“Mənim hər şeyin qarşını almağın qiyməti heç bir şeyi təsdiq etməmyin qiymətindən daha azdır kimi siyasi hesablamalara az təmkinlə yanaşıram. Bunun əsasında əgər sən uduzsan mən uduram kimi uzun müddətdirVaşinqtonda hökm sürən siyasət durur.”

Lakin Heritec fondundan Brayan Darlinq respublikaçıların noyabr ayında Konrqes seçkilərində yer qazanmağa çalışdığı vaxt siyasətin hər iki partiyanı birgə işləməyə qoymayacağını əvvəlcədən söyləyir. O deyir ki, seçki günü yaxınlaşdıqca respublikaçılar və demokratlar birlikdə işləmək istəməyəcək. "Onlar rəhbərliyi davam etdirməli, ya da onu dəyişdirməli olan bir partiya olduqlarını göstərmək üçün kampaniya mövzuları tapmağa çalışacaqlar.”-deyə o bildirib.

Darlinq deyir ki, Kapitoliyada kimin yerləri tutacağı gələn bir necə ay iqtisadiyyatda baş verənlərdən asılı olacaq. Təhlilçilər prezidentin hakimiyyətinin ikinci ili diqqəti daha çox yeni iş yerlərinin yaradılmasına buna görə verdiyini bildirirlər.

XS
SM
MD
LG