Accessibility links

Rumıniyada anti-raket sistemi yerləşdiriləcək


ABŞ-ın Avropanı İrandan qaynaqlana biləcək mümkün raket hücumlarından qorumaq üçün nəzərdə tutulmuş planının tərkib hissəsi olaraq Rumıniya öz ərazisində raket qəbulediciləri yerləşdirməyə razı olub.

Rumıniya Obama administrasiyasının yeniləşdirilmiş regional raketdən müdafiə sistemini rəsmən qəbul edən ilk Avropa ölkəsidir.

Rumıniya prezidenti Trayan Basesku Buxarestdə elan edib ki, Amerikanın Rumıniya hüdudlarında anti-raket sistemi yerlədirilməsi barədə təklifini ölkənin Ali Müdafiə Şurası təsdiq edib. Qərar hələ də Rumıniya parlamenti tərəfindən ratifikasiya edilməlidir, və sistem 2015-ci ilədək işə düşməyəcək.

Ötən sentyabrda prezident Obama Buş administrasiyasının anti-raket planının əvvəlki versiyasını ləğv etmişdi. Həmin bu sistemlərin Polşa və Çex Respublikasında quraşdırılması nəzərdə tutulmuşdu. Rusiya bu plana qarşı sərt mövqedən çıxış edərək onun Rusiyanın çəkindirici imkanlarına zərbə endirdyini əsas gətirirdi.

Əvvəlki plan Avropa və ABŞ-ın uzaqmənzilli raketlərdən müdafiəsini nəzərdə tutuduğu halda hazırkı anti-raket sistemi İranın artıq malik olduğu qısa və orta mənzilli raketlərə qarşı sipər funksiyası daşıyır.

XS
SM
MD
LG