Accessibility links

Şimali Koreya missioneri azad buraxacaq


Şimali Koreya amerikalı missioner Robert Parkı azad edəcəyini bildirib. Park dekabrda Şimali Koreyada insan haqları ilə bağlı duruma diqqət yönəltmək üçün bilərəkdən Şimali Koreyaya daxil olmuşdu. Dövlətə məxsus Koreya Mərkəzi Xəbər Agentliyi bildirir ki, hökumət Parkın günahını boynuna almasından sonra onu mərhəmət göstərərək buraxmaq qərarına gəlib. Agentlik parkın nə vaxt və ya necə buraxılacağını açıqlamayıb. Robert Park Milad günü donmuş Tümen çayı üzərindən Çin sərhədini adlayaraq Şimali Koreyaya daxil olmuşdu. Onun yoldaşları deyir ki, Park özü İncil və Şimali Koreya lideri Kim Conq İli “Allah sevgisinə tapınaraq” siyasi məhbus düşərgələrini bağlamağa çağıran məktub aparmışdı.
XS
SM
MD
LG