Accessibility links

ABŞ-ın şimal-şərq bölgələrini qar tufanları bürüyüb


Birləşmiş Ştatların şimal-şərq bölgələrini güclü qar tufanları bürüyüb.

Paytaxt Vaşinqton ətrafında bəzi bölgələrdə qarın hündürlüyü 50 santimetrdən yuxarıdır.

Milli Hava xidməti şənbə gününün sonuna qədərə qarın hündürlüyünün bu ərazilərdə 75 santimetrə çatacağını proqnozlaşdırıb.

Qar tufanları bəzi yerlərdə saatda 93 kilometr sürətlə əsən küləklərlə müşayiət olur.

ABŞ paytaxtında federal və biznes idarələri cümə günündən bağlıdır. Şəhər sakinlərinə qarla örtülmüş yollara çıxmamaları barədə xəbədarlıq edilib.

Milli Hava xidməti Virciniya və Qərbi Virciniya, Merilend, Pensilvaniya, Delaver və Nyu Cersi ştatlarında qar tufanları barədə xəbərdarlıq etmişdir.

Meteroloqlar 1922-ci ildə yanvar ayında baş vermiş tufandan sonra bu il Vaşinqtonda ən yağıntılı il olduğunu bildirirlər.

Regionda bütün təyyarə uçuşları təxirə salınıb, dəmir yolu əlaqəsi kəsilib.

Bu, regionda iki ay ərzində ikinci böyük qar tufanıdır.

XS
SM
MD
LG