Accessibility links

Mahmud Əhmədinejad uranın yüksək səviyyədə zənginləşdirilməsinə göstəriş verib


İran prezidenti ölkəsinin atom enerjisi agentliyinə yüksək zənginləşdirilmiş uran istehsal etməyə göstəriş verib. Bu addım İranın Qərblə nüvə mübadiləsi sazişi ehtimalını sübhə altına alır. Bu gün dövlət telekanalı ilə dövlət başçısı Mahmud Əhmədinejad deyib ki, o, atom enerjisi agentliyinin rəhbəri Əli Əkbər Salehidən uranı 20 faiz zənginləşdirməyi xahiş edib. Bu uran araşdırma reaktorunu işə salmaq üçün istifadə oluna bilər. İran və dünyanın bir qrup güdrətli dövlətləri BMT-nin təklif etdiyi nüvə razılığını müzakirə etmişdilər. Plan İranın uranının yüksək zənginləşdirilmə üçün xaricə göndərilməsini nəzərdə tutur.
XS
SM
MD
LG