Accessibility links

İraq şiələri Bəs rejiminə qarşı nümayişlər keçirib


İraqda qanunvercilərin Səddam Hüseynin Bəs rejimi ilə əlaqəsi olmaqda şübhəli bilinən adamların namizədliklərini irəli sürə bilməsini nəzərdən keçirdikləri bir zamanda şiələr etiraz aksiyası keçiriblər. Əhalisinin əksəriyyəti şiə olan İraq şəhərlərində nümayişçilər küçələrə axışaraq sabiq İraq diktatoru Səddam Hüseynin Bəs rejiminə qarşı nümayişlər keçiriblər. İraq parlamenti bu gün keçirməli olduğu xüsusi sessiyada gələn aytın seçkilərində iştirak etməsi qadağan edilmiş 500 namizədin səsverməyə buraxılmasını müzakirə edəcəkdi. Lakin sessiya sabahadək təxirə salınıb. Bəzi sünni siyasətçilər İraqın şiə hökumətini haklimiyyəti əldə cəmləşdirmək üçün namizədləri qaraladığını iddia edir.
XS
SM
MD
LG