Accessibility links

İranda Fərda Radiosu ilə əlaqəli yeddi adam həbs edilib


İranın dövlət mediası xəbər verir ki, İslam Respublikası hökuməti ABŞ-ın maliyyələşdirdiyi Fərda Radiosu ilə əlaqəli yeddi adamı həbs edib və onlardan bəzilərini ABŞ casusu olmaqda ittiham edib. Bu şəxslər ötən dekabrda zorakılıqlarla müşayiət olunan anti-hökumət nümayişlərini təşviq etməkdə şübhəli bilinirlər. Şiələrin müqəddəs Aşura günündə təhlükəsizlik qüvvələri ilə nümayişçilər arasında baş verən toqquşmalarda ən azı 8 adam ölmüşdü. İRNA xəbər agentliyi həbs olunanların şəxsiyyətlərini açıqlayamyılb. Fərda Radiosu Praqa şəhərində yerləşən farsdilli radio şəbəkəsidir və onu ABŞ maliyyələşdirir.
XS
SM
MD
LG